Türkiyədə İŞİD-ə qarşı böyük əməliyyat: 300 nəfər saxlanılıb | VİDEO

   Türkiyədə İŞİD-ə qarşı böyük əməliyyat:    300 nəfər saxlanılıb | VİDEO
  21 May 2025    Oxunub:341
Türkiyənin ümumilikdə 47 vilayətində iki həftə ərzində İŞİD terror təşkilatının üzvlərinə qarşı həyata keçirilən əməliyyatlar çərçivəsində 298 şübhəli yaxalanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya özünün "X" hesabında məlumat verib. O vurğulayıb ki, əməliyyatlar Respublika Baş Prokurorluğu, Milli Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Baş İdarəsinin rəhbərliyi ilə baş tutub.

Ölkənin paytaxtı Ankarada, habelə İstanbul, İzmir şəhərlərində də aparılan əməliyyat nəticəsində İŞİD-ə maddi yardım göstərməkdə təqsirləndirilən şübhəlilər ələ keçirilib.

Şübhəlilərin məskunlaşdıqları ünvanlara baxış keçirilərkən çox sayda lisenziyasız silah, təşkilati sənədlər və rəqəmsal materiallar aşkarlanaraq götürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   İŞİD   antiterror   əməliyyat  





Xəbər lenti